ABŞ Səfirliyindən Şuşadakı partlayışa münasibət

 18:00 27.04.2024     280

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi”.

Redaktor.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.