Bakıda soyğunçu tutuldu - VİDEO

 14:59 28.03.2024     585

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a bildirilib ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.