Hacıqabul sakinini gürzə sancdı

 20:18 27.04.2024     351

Hacıqabul sakinini ilanı vurub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun Udulu kənd sakini, 1993-cü il təvəllüdlü İsfaliyeva Aytəkin Məmməd qızını gürzə sancıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən 31 yaşlı qadına ilan zəhəri əleyhinə zərdab vurulub.