Bakıda toydan çıxan rəqqasə qəzaya uğradı - FOTO

 23:32 27.04.2024     335

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Babək prospektində qeydə alınıb.

Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq “KIA” markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn “KIA” markalı maşın çırpılıb.

Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb.

Qəza törədən sürücü xəsarət alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. (APA)

2