Hərəkətdə olan “Baku Bus”ın üstünə ağac aşdı - VİDEO

 23:46 27.04.2024     297

Bakının mərkəzində irigövdəli ağac kökündən çıxaraq aşıb.  

Redaktor.az “Unikal.az”a istinadən xəbər verir ki, hadisə “Azneft” dairəsində qeydə alınıb.

Belə ki,  kökündən çıxan ağac hərəkətdə olan “Baku Bus”ın üzərinə aşıb. Nəticədə avtobusa ziyan dəyib.