Prezident bir qrup DTX əməkdaşını MÜKAFATLANDIRDI

 22:32 28.03.2024     1519

"Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində möhtərəm Prezident, Ali Baş Ko­mandan zati-ali­lə­ri cənab İlham Əliyevin Sə­rən­ca­mı ilə əldə etdikləri nailiyyətlərə görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək döv­lət mükafatlarına layiq görülüb".

Redaktor.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışında bildirib.

"Eyni zamanda dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Fürsətdən istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyəti­miz adından dərin minnətdarlığımızı bildirirəm. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir", - deyə DTX rəisi bəyan edib.