Şəhid anası vəfat etdi

 15:47 16.04.2024     359

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası vəfat edib.

Redaktor.az-ın məlumatına görə, şəhidin anası Mahirə xanım Naxçıvanda dünyasını dəyişib.

Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anadan olub. O, 2023-cü ilin sentyabrın 20-si şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.