Azərbaycanda tanınmış xanəndə  VƏFAT ETDİ - FOTO

 14:24 19.03.2024     761

Azərbaycan musiqisinə ağır itki üz verib.

Redaktor.az-ın məlumatına görə, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib.

O, 75 yaşında infarktdan dünyasını dəyişib.

Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsini bitirib.

Zəbulla Quliyev dahi sənətkar Xan Şuşinskinin ilk tələbəsi olub.