Dünən reanimasiyaya yerləşdirilən Çingiz Abdullayevin son vəziyyəti AÇIQLANDI

 10:32 13.04.2024     890

Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır.

Redaktor.az xəbər verir ki, bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayev bir həftə əvvəl xəstəxanaya yerləşdirilib.

"Əvvəl reanimasiyada idi. Sonra, şükür Allaha ki, səhhəti normallaşdı. İndi müalicəsi davam edir. Palatadadır".