Azərbaycanın Türkiyəyə investisiya qoyuluşu 7,3 dəfə artıb

 17:33 12.04.2024     377

2023-cü ildə Azərbaycan Türkiyə iqtisadiyyatına 1 milyard 815,1 milyon ABŞ dolları investisiya yatırıb.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 21,4 %-dən 58,2 %-ə çatıb.

Ötən il Türkiyə isə Azərbaycan iqtisadiyyatına 1 milyard 302,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə əvvəlki ilə nisbətən 15,3 % çoxdur.

İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 18 %-dən 19,6 %-ə çatıb.