"Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq"

 13:59 15.04.2024     266

Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.

Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

O qeyd edib ki, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.