Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edildi

 11:47 23.04.2024     304

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Humay İSGƏNDƏRLİ