Neftin qiyməti ucuzlaşmağa BAŞLADI

 16:20 24.04.2024     298

Aprelin 24-ü günortadan sonra neftin qiyməti ucuzlaşmağa başlayıb.

Redaktor.az bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət tacirlərin diqqət mərkəzində qalır. Bundan əlavə, onlar ABŞ-dəki enerji ehtiyatları ilə bağlı Energetika Nazirliyindən məlumat gözləyirlər.

Amerika Neft İnstitutunun aprelin 23-də axşam dərc etdiyi hesablamalar aprelin 19-da bitən həftədə ABŞ-nin neft ehtiyatlarının 3,23 milyon barel azaldığını göstərib. "Trading Economics" tərəfindən verilən konsensus proqnozu 1,8 milyon barel artım nəzərdə tuturdu.

Bakı vaxtı ilə saat 15:41-də Londonun "ICE Futures" birjasında "Brent" markalı iyun fyuçerslərinin qiyməti 0,38 dollar (0,43%) ucuzlaşaraq bir barel üçün 88,04 dollar təşkil edib. Bu vaxta qədər WTI markalı neftin iyun fyuçersləri NYMEX birjasında 0,51 dollar (0,61%) ucuzlaşaraq bir barelə görə 82,85 dollar olub.

"Trading Economics" yazır ki, kotirovkalar ABŞ-də işgüzar aktivliyin azalması ilə bağlı statistik məlumatların dərcindən sonra təkmilləşdirilmiş tələb perspektivləri ilə dəstəklənir ki, bu da Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salması üçün əlavə stimul ola bilər.

T.İSMAYIL