DİM onları imtahandan kənarlaşdırdı - SƏBƏB

 14:40 21.04.2024     775

Aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı, 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.

Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.