Qazaxda inkubator sexi yanır

 23:43 24.04.2024     482

Qazaxda yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Qazax şəhərinin Bakı küçəsində qeydə alınıb.

Sözügedən küçədə yerləşən inkubator sexində anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. (APA)