Minik avtomobili avtobusla toqquşdu - Məktəbli qız yaralandı

 10:14 26.04.2024     164

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Şağan qəsəbəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sərnişini 14 yaşlı Bayramlı L. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.