Tovuzda yol qəzası olub, xəsarət alanlar var

 16:04 27.04.2024     354

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər veir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.