“WhatsApp”dan daha bir YENİLİK: Bu da mümkün olacaq

 19:12 14.03.2024     723

Məşhur “WhatsApp” messencerinin istifadəçiləri status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssislər bildiriblər ki, "WhatsApp" status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən funksiya hazırlayır. 

“İstifadəçilər qeyd olunduqları barədə bildiriş alacaqlar. Bu, əlaqələrinizi status yeniləmələrinə birbaşa cəlb etməyə, insanlarla qarşılıqlı əlaqəni artırmağa kömək edəcək”, - ekspertlər qeyd ediblər.

Kontaktı qeyd edən xüsusiyyət inkişaf mərhələsindədir. Qeyd olunur ki, bu variant tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.

Yusif EYVAZLI