“WhatsApp”dan daha bir yeni ÖZƏLLİK

 19:50 27.03.2024     758

"WhatsApp"da yeni funksiya ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Portal mütəxəssisləri bildiriblər ki, "Android" cihazları üçün tətbiqin bəzi beta istifadəçiləri sevimli kontaktların seçilməsi funksiyasına giriş əldə ediblər.

“Zənglər bölməsində rahat şəkildə yerləşən Sevimli Kontaktlar funksiyasından istifadə edərək, istifadəçilər ehtiyac duyduqları kontaktlar üçün bütün zəng jurnalında axtarış ehtiyacından yan keçərək, bir toxunuşla zənglərə başlaya bilərlər”, - materialda qeyd olunur.

Zənglər üçün sevimli kontaktları vurğulamaq seçimi indi "Google Play Store" dan "Android" proqramının beta versiyasının ən son yeniləməsində mövcuddur. Mütəxəssislər qeyd ediblər ki, yaxın həftələrdə funksiya geniş istifadəçilər üçün əlçatan olacaq.

Yusif EYVAZLI