Qadın Barbi kuklasına bənzəmək üçün 43 əməliyyat keçirdi

 20:30 03.04.2024     605

İraqlı qadın Barbi kuklasına bənzəmək istəyib və 43 əməliyyat keçirib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Bağdaddan olan 30 yaşlı Dalia Naim teleaparıcı və aktrisa kimi çalışır və “İraq Barbisi” kimi tanınır. Öz sözləri ilə desək, əfsanəvi kuklaya bənzəmək üçün 43 plastik əməliyyat keçirib.

Naim sosial şəbəkələrdə aktivdir, indi onun bir milyona yaxın abunəçisi var. Bir çox pərəstişkar onun çox cəlbedici göründüyünə və həqiqətən də kuklaya bənzədiyinə inanır. Bununla belə, onun foto və videolarının altında tənqidlər də var.

Yusif EYVAZLI