Sankt-Peterburqda itin insana hücumuna görə ilk cərimə tətbiq edildi

 19:03 04.04.2024     539

Rusiyanın Sankt-Peterburq şəhərində itin insana hücumuna görə ilk inzibati cərimə tətbiq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə şəhər Qanunvericilik Məclisinin deputatı Andrey Ryabokon öz "Telegram" kanalında məlumat verib.

“İnzibati Xətalar Məcəlləsinə itlərin insanlara və onların əmlakına hücumu, sağlamlığa yüngül və ya orta dərəcədə zərər vurmasına görə inzibati məsuliyyəti nəzərdə tutan dəyişikliklərin qüvvəyə minməsindən sonra 10 ay ərzində Sankt-Peterburqun Baytarlıq İdarəsi qurbanın xeyrinə 1 işə baxıb. İnzibati xəta törətməkdə təqsirli olan vətəndaşa qarşı 10 min rubl cərimə ilə iş başlanılıb və təsqirkar cərimə edilib", - məlumatda deyilir.

Deputat qeyd edib ki, onun sorğusuna şəhər Baytarlıq İdarəsi belə məlumat verib. O, aydınlaşdırıb ki, təqsirkar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 8.52-ci maddəsinin 3-cü hissəsi ilə məsuliyyətə cəlb edilib.

Ryabokon xatırladıb ki, hazırda protokolların hazırlanması və itlərə hücumlar zamanı inzibati xətalara dair işlərə baxılması icra hakimiyyəti orqanlarına həvalə olunub.

Turan İSMAYIL