“WhatsApp”da möhtəşəm yenilik: Bundan sonra…

 17:47 07.04.2024     544

“WhatsApp” messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Redaktor.az-ın BAKU.WS-ə istinadən xəbərinə görə, yenilik “WhatsApp” status yeniləməsinin bildiriş funksiyasıdır.

Yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb.

“WhatsApp” status yeniləmələri üçün bildiriş funksiyasını təqdim edəcək.

Bu yeni funskiya sayəsində istifadəçilər status yeniləmələrində müəyyən şəxsləri qeyd etdikdə birbaşa bildirişlər göndərə biləcəklər.

Yeniliyin hər kəs üçün əlçatan olacağı bildirilir.

Qeyd edək ki, oxşar funskiya hazırda “İnstagram”da mövcüddur.