Kabuslardan və qorxulu yuxulardan xilas olmaq üçün bunu edin!

 00:19 13.04.2024     516

Müntəzəm edilən idmanın faydaları ilə bağlı demək olar ki, hər gün yeni bir araşdırma dərc olunur.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, ABŞ-ın Texas Universitetinin mütəxəssisləri də idmanın yeni bir faydasını aşkarlayıblar.

Belə ki, 6 ay ərzində 82 iştirakçı ilə aparılan araşdırma ilginc nəticələrlə yekunlaşıb. Məlum olub ki, gün ərzində ən az 60 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq gecə daha keyfiyyətli yuxunu təmin edir.

Qaçış və ya velosiped sürmə kimi fiziki fəaliyyətlərin də gecələr kabus görmə ehtimalını azaltdığı müəyyən edilib.

Alimlər bunun səbəblərini araşdırmağa davam edəcəklərinin açıqlayıblar.