Məşhur attraksionun yaxınlığında ayı turistə hücum etdi

 20:05 22.04.2024     374

Rumıniyada məşhur attraksionun yaxınlığında ayı turistə hücum edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, hadisənin aprelin 22-də Rumıniyanın Arges şəhərində baş verdiyi bildirilir. Təhlükəli yırtıcı 72 yaşlı səyahətçiyə hücum edərək, onun sağ əlindən dişləyib. Qadın xəstəxanaya yerləşdirilməli olub.

Hadisə yerinə həkimlər və jandarma qrupları gəlib. Qeyd olunur ki, əcnəbi huşunu itirib və xilasedicilərlə ingilis dilində ünsiyyət qura bilib. Səlahiyyətlilər təhlükə ilə bağlı yerli sakinlərə xəbərdarlıq edib.

Yusif EYVAZLI