"Avropa bazarlarına nəql ediləcək resurslarımız var" - Prezident

 12:11 26.04.2024     152

"Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var".

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib.

2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır.