Hacı Nuran türkiyəli aktyora "Bugatti" hədiyyə etdi

 16:05 19.04.2024     1607

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib. 

Redaktor.az bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib. 

Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib: 

"Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun".