“Əsəb yıxdı onun evini...”

 13:54 20.04.2024     679

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, moderator.az-a danışan əməkdar artist Firuzə İbadovanın qızı anasının xəbərdən şoka düşdüyünü deyib:

“Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Bizə də indi deyiblər, donub qalmışıq. Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini. Anam donub qalıb, şok yaşayır. Ona görə də telefonlara mən cavab verirəm”.