“Kişi ailəsini göstəriş etməz” – Yaşar Yusub

 16:17 22.04.2024     402

“Həmişə mənə sual verirlər ki, Yaşar niyə şəxsi həyatınla gündəmə gəlmirsən? Onu göstərmirsən. Bu qadağa deyil, amma şəxsidir. Özümə söz vermişəm ki, şəxsi həyatdan danışmaq olmaz. Göstəriş üçün edənlər də var. Onlara da hörmətlə yanaşıram. Mən isə özüm üçün tərəfdarı deyiləm. Mən heç bunu bacarmıram da. Açığı deyim, evdəkilər özləri də sıxılırlar. Oğlum dedi ki, ata məni çox paylaşma. Gördüm ki, uşağın özünün də marağı yoxdur. Maşallah mən boydadır. Iki övladım var. 10 yaş oğlan, 3 yaş qız. Ortamda görünməyi sevmir".

Redaktor.az xəbər verir ki, bu barədə müğənni Yaşar Yusub MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində danışıb. 

"Düşünürəm ki, “dır-dır” həm kişini, qadını, uşağı hər kəsi bezdirər. Çalışıb xoşbəxt olmaq lazımdır. Hərdən dostlarım deyir ki, Yaşar niyə gəlib bizə qoşulmursan boş vaxtların olanda? Mən işim olmayanda evimdəyəm. Dostlarım deyir ki, adam nə qədər oturar evdə? Deyirəm, məni başa düşmürsünüz, mənim evimdə gördüyüm xoşbəxtliyi mənə heç kim verə bilmir. Ordakı hüzurumu heç nə ilə ölçmürəm. Desələr ki, 2 yer haranı daha çox sevərsən. Mən evim deyərəm. Evi niyə çox sevərsən? Orada həyat yoldaşın, övlad, sevgi, diqqət, sənə olan xoş rəftar var. Söz-söhbət bir yerdə ailəni dağıdacaq. İlk dəfədir mən bu barədə danışıram. Allah bütün ailələri qorusun. Mən çox xoşbəxtəm. Sağ əlim hamının başına. Evimdən, ailəmdən, xanımımdan çox razıyam. Bizim aramızda hörmət var. Mən xanımımdan hörmət görürəm və ona da bunu aşılayıram. Qısqanclıq da sevimli olmalıdır, sənin xətrinə dəyməməlidir. Bizim aramızda sərt qısqanclıq, kobud münasibət olmayıb. Hətta mən onun xətrinə dəymiş olsam belə məsələn, o heç vaxt mənə kobud cavab verməyib. Səhvim varsa, evdə uşağımdan da üzr istəyə bilirəm. Ciddi həyat yoldaşı və atayam. Biz xanımımızla bütün olar-olmazları bilirik. Bir sözlə, münasibətdə qarşılıqlı hörmət olmalıdır”, - deyə müğənni bildirib.

Redaktor.az