Hadi Rəcəbli vəfat ETDİ

 08:43 17.04.2024     838

Keçmiş deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

***

Keçmiş deputat Hadi Rəcəbli vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Qeyd olunub ki, H.Rəcəbli bu gün 76 yaşında dünyasını dəyişib.