"Macarıstan Azərbaycanda dərman istehsal edəcək" - Nazir

 12:52 25.04.2024     352

Növbəti ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə başlayacaq.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.

O vurğulayıb ki, bu müəssisələrdə 90 adda dərman istehsalı nəzərdə tutulur.

S. Babayev Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.