Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu

 21:52 25.04.2024     249

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Redaktor.az xəbər verir ki, finalın cavab qarşılaşmasında Aydın Süleymanlı ilə Məhəmməd Muradlı qarşılaşıb.

Oyun Aydının 1.5:0.5 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 30 min manat olub. Çempion titulu Aydına 12 min manat qazandırıb.