"Windows 11" bu proqramları dəstəkləməyi dayandıracaq

 19:21 06.03.2024     768

"Microsoft"  "Android" proqramlarına dəstəyin dayandırıldığını elan edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndələri məlumat yayıblar.

"Android" üçün "Windows Alt Sistemi" (WSA) "Microsoft" əməliyyat sistemindən "Android" proqramlarını işə salmağa imkan verir. Şirkət qeyd edib ki, bundan sonra bu sahəni inkişaf etdirməyəcək. Alt sistem üçün son dəstək 5 mart 2025-ci ildə başa çatacaq.

Həmçinin elan edilən andan etibarən "Windows 11" istifadəçiləri "Microsoft Store" mağazasından mobil proqramlar yükləyə bilməyəcəklər. Müştərilərin əvvəllər yüklədiyi proqramlar işləməyə davam edəcək. Lakin tətbiqlərin martın 5-dən sonra əməliyyat sistemində qalacağı, yoxsa silinəcəyi məlum deyil.

Yusif EYVAZLI