"Windows" istifadəçilərinə şad xəbər: Bu proqramı silmək mümkün olacaq

 19:24 12.03.2024     750

"Windows 11" istifadəçilərinə ilk dəfə "OneDrive" yaddaş proqramını silməyə icazə verilir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, "Windows 11" istifadəçiləri "OneDrive" bulud yaddaşını söndürə və onun tətbiqini kompüterdən tamamilə silə biləcəklər.

Qeyd edək ki, "OneDrive", "Windows"da quraşdırılmış bulud sənədlərinin saxlanması xidmətidir. Bir çox istifadəçilər proqramı faydasız və bezdirici hesab edirlər.

Yusif EYVAZLI