"Xiaomi" yeni qatlana bilən smartfon BURAXACAQ

 21:23 13.03.2024     740

Çinin "Xiaomi" korporasiyası innovativ qatlanan smartfonun buraxılmasını planlaşdırıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, "Mix Fold 4" yeni dizayna malik olacaq ki, elastik ekranda bükülmələr görünməsin.

Buraxılan qurğu həmçinin flaqman "Qualcomm Snapdragon 8 Gen 3" prosessoru, 16 giqabayt operativ yaddaş və 1 terabayt daxili yaddaş alacaq. Bundan əlavə, "Mix Fold 4" 100 vatt sürətli şarj dəstəyi ilə 5000 milliamper-saatlıq batareya ilə gələcək. Müqayisə üçün qeyd edək ki, hazırkı "Mix Fold 3" smartfonu 67 vatt sürətli doldurma ilə 4800 milliamper-saat akkumulyatora malikdir.

Qurğunun əsas kamerası 50 meqapiksel təsvir ölçüsünə malik olacaq. 

"Mix Fold 4"ün buraxılış tarixi və qiyməti açıqlanmır. "Mix Fold 3"dən fərqli olaraq, yeni cihaz beynəlxalq bazara çıxarıla bilər.

Yusif EYVAZLI