Oyun sevərlərə şad xəbər: "PlayStation 5 Pro" bu tarixdə satışa ÇIXACAQ

 19:48 18.03.2024     703

Tanınmış insayder Tom Henderson yeni "PlayStation" oyun konsolunun təfərrüatlarını açıqlayıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssis konsolun 2024-cü ilin sonundan əvvəl görünəcəyi ilə bağlı erkən sızmaları təsdiqləyib.

 Onun sözlərinə görə, "Sony" 2024-cü ilin noyabr-dekabr aylarında "PlayStation 5 Pro"nu təqdim etmək niyyətindədir.

Henderson həmçinin bildirib ki, konsolun yenilənmiş "PS5" modeli kimi çıxarıla bilən disk sürücüsü olacaq. Konsol həmçinin prosessorun sürətini 10 faiz artıracaq "overclock" rejimini də alacaq. Cihaz 8K təsvir ölçüsü ilə işləyərkən xüsusi performans rejiminə sahib olacaq. Operativ yaddaşın sürəti 28 faiz artacaq, daxili yaddaş da təkmilləşdiriləcək. Sürücünün tutumu 1 terabayt olacaq.

Yusif EYVAZLI