"Apple" bu noutbukların təmirini dayandıracaq

 20:14 18.03.2024     684

"Apple" problemli klaviaturaları olan noutbukların təmirini dayandırmaq niyyətindədir. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Söhbət 2015-ci ilin martından 2019-cu ilin sonunadək istehsal olunmuş "kəpənək" klaviaturalı modellərdən gedir. Klaviaturaların nasaz olduğu ortaya çıxıb və "Apple" onlar üçün pulsuz zəmanət təmir proqramını işə salıb.

Beləliklə, 2024-cü ilin noyabr ayında "Apple" xidmət mərkəzləri artıq pulsuz xidmət üçün noutbukları qəbul etməyəcək.

Yusif EYVAZLI