"Google" bu tətbiqi mağazadan sildi

 13:40 27.03.2024     616

“Google” “Android” əməliyyat sistemi ilə işləyən qurğular üçün “Mir Pay”ı tətbiq mağazasından çıxarıb. Həmçinin proqramı rəsmi "Mir Pay" saytında yükləyə bilməzsiniz.

Redaktor.az xəbər verir ki, "Samsung" daha əvvəl 2024-cü il aprelin 3-dən etibarən "Samsung Pay"da "Mir" kartlarının əlavə edilməsi və istifadəsinin artıq mümkün olmayacağını açıqlamışdı.

"Bununla yanaşı, “Samsung Pay” tətbiqində klub kartları və loyallıq kartlarının əlavə edilməsi və istifadəsi funksiyası dəyişikliksiz işləyəcək”, - deyə şirkətin açıqlamasında bildirilir.

T.İSMAYIL