Köhnə "iPhone" istifadəçilərinə ŞAD XƏBƏR

 21:40 29.03.2024     611

"Apple" bir sıra köhnə "iPhone"lara sürətli enerji doldurma dəstəyi əlavə edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, şirkət bu barədə rəsmi açıqlama verməyib, lakin smartfonları təkmilləşdirən yeniləmənin buraxılması faktı "Macworld" oxucuları tərəfindən təsdiqlənib. Onların sözlərinə görə,"iPhone 12"ni iOS 17.4-ə yenilədikdən sonra qurğular artıq "Qi2" sürətli enerji doldurma standartını dəstəkləyir. Qi2 standartı 15 vatt gücündə sürətli simsiz şarjı nəzərdə tutur.

Qeyd edək ki, "iPhone 12" seriyalı cihazlar 2020-ci ilin payızında təqdim edilib.

Yusif EYVAZLI