"Microsoft" əməliyyat sisteminin dizaynını dəyişdi - "Windows 10"a bənzəyəcək

 20:34 01.04.2024     584

"Microsoft" hazırkı əməliyyat sisteminin dizaynını "Windows 10"un xeyrinə dəyişib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, media jurnalistləri yeni ƏS-nin beta versiyasını təhlil edərkən "Windows 11"in daha çox "Windows 10"a bənzədiyinə diqqət çəkiblər. Müəlliflər tapşırıqlar panelinin ekranın sol tərəfinə, vidjetlərin isə sağ tərəfinə keçdiyini qeyd ediblər. Beləliklə, hər iki interfeys elementi artıq bir-biri ilə üst-üstə düşmür.

Bu yolla "Microsoft" istifadəçilərin köhnə əməliyyat sistemindən yenisinə keçidini asanlaşdırmağa qərar verib. 

Yeniləmə həmçinin kompüter və smartfon arasında məlumat mübadiləsini asanlaşdırmaq üçün URL-lərin QR kodları vasitəsilə ötürülməsi funksiyasını əlavə edib. 

Yusif EYVAZLI