Bu smartfonlar 5,5G dəstəyi ALACAQ

 21:24 01.04.2024     580

"Xiaomi" yeni smartfonlarına 5.5G standartı dəstəyini əlavə edəcək.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, 5G-A kimi tanınan 5.5G 5G və 6G arasında “körpü” hesab olunur. Keçid standartı saniyədə onlarla gigabitdən çox yükləmə sürətinin on qat artması və daha az gecikmə təmin edəcək.

"Xiaomi" smartfonlarına 5.5G dəstəyi əlavə edən ilklərdən biri olacaq. Yeni standartın "Oppo" cihazlarında mövcud olacağı da məlumdur.

Yusif EYVAZLI