Qeydiyyat olmadan istifadə mümkün olacaq "ChatGPT"də yeni özəllik

 23:06 01.04.2024     576

"ChatGPT" indi qeydiyyat olmadan istifadə edilə bilər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "OpenAI" məlumat yayıb.

"Bu gündən etibarən siz qeydiyyatdan keçmədən "ChatGPT"dən dərhal istifadə edə bilərsiniz", - şirkətin saytındakı press-relizdə deyilir.

"OpenAI", həmçinin bir istifadəçi tərəfindən "ChatGPT"ə göndərilən sorğular haqqında məlumatların toplanmasının dayandırılması üçün bir seçim əlavə etdiyini söyləyib. Çatbotun imkanlarını inkişaf etdirmək üçün həyata keçirilir. İndi həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər onu söndürə bilər.

Bundan əlavə, chatbot tərəfindən yaradılan məzmun sahəsində təhlükəsizlik tədbirləri gücləndirilib. O cümlədən bloklanmaya məruz qalan kateqoriyalarının siyahısı genişləndirilib. 

Yusif EYVAZLI