"Apple" ev üçün fərdi robot HAZIRLAYIR

 19:37 04.04.2024     570

"Apple" korporasiyası evdə istifadə üçün fərdi robotlar istehsal etməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Şirkətdə şəxsi robot sənayesini öyrənən komandalar çalışır. Potensial olaraq, ev robotu "Apple"ın növbəti böyük ixtirası ola bilər. İnkişaf işləri ilkin mərhələdədir.

Robot müxtəlif tapşırıqları yerinə yetirməklə evin ətrafında olan istifadəçilərə kömək edə bilər. Paralel olaraq, mühəndislər idarəetmə mərkəzinə çevriləcək smart displeyin buraxılması üzərində işləyirlər.

Yusif EYVAZLI