"Tesla" 14 min iş yerini ixtisar edə bilər

 19:52 15.04.2024     378

Xərcləri azaltmaq üçün "Tesla" təxminən 14 min işçisini ixtisar etməyi planlaşdırır ki, bu da işçi qüvvəsinin 10%-dən çoxunu təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” daxili elektron məktubun surətinə istinadən məlumat yayıb.

“Şirkəti növbəti inkişaf mərhələsinə hazırlayarkən, xərcləri azaltmaq və məhsuldarlığı artırmaq üçün şirkətin hər tərəfinə baxmaq son dərəcə vacibdir”, - deyə şirkətin baş direktoru İlon Mask işçilərə ünvanladığı məktubda bildirib.

"Daha heç nəyə nifrət etmirəm, amma bunu etmək lazımdır”, - milyarder deyib.

Nəşr qeyd edib ki, azalma planları şirkətin satışlarının azalması və Asiya və Avropa bazarlarında artan rəqabət fonunda yaranıb.

Turan İSMAYIL