Türkiyə 2024-cü ildə 60 milyon turisti qəbul etməyi gözləyir - Ərdoğan

 18:15 09.02.2024     976

Türkiyə 2024-cü ilin sonuna kimi turizm sənayesindən 60 milyard dollar gəlir əldə edərək 60 milyon turist qəbul etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada TRT Haber telekanalının efirində bildirib.

“Turizm hədəfimiz 2024-cü ildə ölkəmizə 60 milyon ziyarətçi qəbul etmək və 60 milyard dollar turizm gəliri əldə etməkdir”, - Ərdoğan bildirib.

Bundan əvvəl analoji planları respublikanın Turizm Nazirliyinin rəhbəri Mehmet Ersoy da səsləndirmişdi.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə müqayisədə 16,9% artaraq 54,3 milyard dollar təşkil edib. Həmin dövrdə Türkiyəyə 51,4 milyon turist gəlib, onun turizm sənayesinin gəliri 46,5 milyard dollar təşkil edib. 2023-cü ildə Türkiyəyə səfərlərin sayına görə Rusiya Federasiyasının vətəndaşları birinci yerdə olub - 6,3 milyon nəfər.

Türkiyə hakimiyyəti keçən ili rekord il adlandırıb.

Turan İSMAYIL