Ural Hava Yolları Bakıya uçuşları dayandırdı

 18:33 09.02.2024     1016

Ural Hava Yolları fevralın 17-dək Jukovskidən Bakıya uçuşları dayandırıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir. Bir gün əvvəl bu marşrut üzrə uçuş Azərbaycan aviasiya orqanlarının uçuşun həyata keçirilməsinə icazə verməməsi səbəbindən baş tutmayıb.

“Cümə axşamı, fevralın 8-də Azərbaycanın aviasiya hakimiyyət orqanlarının icazəsi olmadığı üçün daşıyıcının bu marşrut üzrə geri qayıdış reysi baş tutmayıb”, - deyə məlumatda qeyd olunur: “Ural Hava Yolları bu marşrut üzrə uçuş proqramını fevralın 17-dək müvəqqəti olaraq dayandırıb”.

Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, bu məsələnin həlli ilə bağlı Rusiya və Azərbaycanın aviasiya hakimiyyətləri əlaqə saxlayır.

“Rusiya aviasiya hakimiyyətləri “Ural Hava Yolları”nın Jukovskidən Bakıya və əks istiqamətdə reysləri ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün Azərbaycanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”, - deyə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Açıqlamada həmçinin aydınlaşdırılır ki, aviaşirkət bu marşrut üzrə təyin edilmiş daşıyıcıdır və bu marşrut üzrə ölkələr arasında hökumətlərarası saziş qüvvədədir.

Turan İSMAYIL