Bosfor boğazındakı cazibədar məkan - Qalataport

 16:46 11.03.2024     1057

Türkiyənin İstanbul şəhərinin ən görməli, gəzməli yerlərindən biri də Qalataportdur. Şəhərin mərkəzində yerləşən Qalataport İstanbul, Bosfor Boğazında 1,2 kilometr sahil xəttini əhatə edir.

Dəniz mənzərəli restoranları, muzey və mağazaları olan Qalataport İstanbul çox cazibədardır.

Boğaz sahilinin yeni simvolu olan Qalataport İstanbul sayəsində turistlər təkcə Ayasofya Məscidini və ya Sultanəhmədi görməyə deyil, həm də qastronomiya, mədəniyyət, incəsənət, dizayn, yeni nəsil alış-verişə həsr olunmuş yeni məhəlləni görməyə gəlirlər.

Qalataportda türk və dünya mətbəxlərindən geniş seçim təklif edən çoxsaylı yerli və beynəlxalq brendlər var.

Bir sözlə Qalataport limanına gələrək burada həm bulvarda gəzərək Bosfor Boğazında gəmiləri, şəhər mənzərəsini seyr edə, həm kafe və restoranlarda yeyib-içə, məşhur markaların mağazalarında alış-veriş edə və muzeylərlə tanış ola bilərsiniz.

A.ASLAN

2222222222