Bu il Maldivə 500 mindən çox turist səfər edib

 10:07 19.03.2024     679

Maldiv adaları 2024-cü ilin ilk iki ayında yarım milyondan çox turisti qəbul edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, müvafiq statistikanı ada dövlətinin Turizm Nazirliyi açıqlayıb.

Bu məlumatlara görə, ilin əvvəlindən adalarda qeydə alınan turistlərin sayı 513 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Maldiv adalarına gələn turistlərin sayına görə Çin birinci yeri saxlayır. İkinci yerdə 52 min turistlə Rusiya qərarlaşıb. İtaliyadan gələn qonaqların sayı 49 min nəfər təşkil edib. Böyük Britaniya siyahıda dördüncü yerdə qərarlaşıb.

Humay İSGƏNDƏRLİ