Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

 19:12 28.03.2024     234

Avropa İttifaqı Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar.

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir.

Nümayəndə heyəti Ermənistanla yanaşı, Gürcüstan və Azərbaycana da səfər edəcək.