Zeynəb Xanlarova görünüşü ilə heyran etdi – FOTO

 12:07 28.04.2024     513

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb.

Redaktor.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb.

O, sənətçi ilə olan fotolarına “SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunmaz Zeynəb Xanlarova! Dünya Sizi sevir, mən də o dünyanın mərkəzindəyəm”, – deyə yazıb.

Stilistin izləyiciləri Xanlarovanın yeni görüntüsünü bəyənib, təriflər yağdırıblar.

Qeyd edək ki, Z.Xanlarova uzun aradan sonra sonuncu dəfə ötən ilin sonunda AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı konsertdə görünüb.