“Fənərbağça” “Beşiktaş”dan üstün oldu

 22:35 27.04.2024     285

Türkiyə çempionatının 34-cü turu İstanbul derbisilə əlamətdar olub.

Redaktor.az xəbər verir ki, “Fənərbağça” öz meydanında əzəli rəqibi “Beşiktaş”ı qəbul edib.

Oyun “qara qartallar” üçün heç də yaxşı başlamayıb. 24-cü dəqiqədə komanda azlıqda qalıb. Az sonra say üstünlüyündən yararlanan ev sahibləri hesabı açıblar. Bayşuayi fərqlənib.

69-cu dəqiqədə Kahveci hesabı artırıb. 82-ci dəqiqədə Tosun vurulan qollardan birinin əvəzini çıxıb.

Bu nəticədən sonra “sarı-lacivərdlər” 89 xalla 2-ci, “Beşiktaş” isə 51 xalla 5-cidir. Çempionata 93 xalla “Qalatasaray” başçılıq edir.